— Susmağı bacarırsınızmı? Bütün qadınlar boşboğaz olurlar. Siz qadınsınız — bu heç məni açmır. Siz gözəlsiniz — bu isə daha betər.
— Axı bunun işlə nə əlaqəsi?..
— Çox sıx əlaqəsi var. Gözəl qadın, qadın olduğunu daha çox hiss edir. Bu isə qadına məxsus qüsurlara ikiqat malik olmaq deməkdir. Sizin əriniz, nişanlınız, yaxud da dostluq etdiyiniz bir adamınız ola bilər. Onda bütün sirlər aləmə yayılar.
Sonra birdən Mari çiyinlərini, dizlərini qucaqladı, əlini sinəsinə çəkdi, barmaqlarını saçlarına keçirib pıçıldadı:
— İlahi! Mən nə qədər xoşbəxtəm! Mənim imkanlarım nə hüdudsuzdur! Mən nə dövlətliyəm! Mən bunu bilmir, hiss etmirdim!
bu şəhər hər gün insan qurbanı tələb edən müasir dava allahıdır