Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.
Sevmək – başqa adamın bir parçası olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir».
Qoy,
Tanrı hər gün bizə – günəşlə birlikdə – bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmır. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehrli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik anında, ya da bir-birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin an – ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an mövcuddur.