Yaxşı rəhbər adamlarda entuziazm yaradır. O, tabeçiliyində olanların vəzifəsini yüksəldir, onları mükafatlandırır və tərifləyir. Yaxşı rəhbər adamları özlərinə inanmağa vadar edir, onlarda hər kəs kimi olmadıqlarına, xüsusi seçilmiş olmalarına inam oyadır.
Yaxşı rəhbər əməkdaşlarına özlərini yaxşı hiss etməkdə kömək edir.
Hamı həftədə 50 və 60 saat işləyirdi. Bilirdim ki, şirkətin sahibi kredit götürüb, şirkətdə artıq pullar yoxdur. Lakin mən rəisin yanına gəldim, arvadım və uşaqlarımla olmaq üçün mənə daha çox sərbəst vaxt verilməsini xahiş etdim. Qorxurdum ki, işimi itirərəm və ya əməkhaqqımı azaldarlar. Bir dəqiqə də olsun narahatlıq keçirməyərək rəis mənə lazım olan qədər sərbəst vaxta malik olmağa icazə verdi. Mən çevik qrafik üzrə işləməyə başladım. Hər həftə arvadıma rəisimin adından çiçəklər, uşaqlara isə peçenye və ya daha nə isə göndərirdilər. Arvadım vəfat edən zaman mən yenidən rəisin yanına getdim və mənə ikiaylıq ödənişsiz məzuniyyət verilməsini xahiş etdim. Lakin səkkiz həftə ərzində mənə hər cümə günü poçtla çek gəldi. Mən həmin adam üçün hər şey edərdim. O mənə qayğı göstərdi, əzablarıma şərik oldu
dəstəkləməyi və şirkətin uğuruna köməklik göstərməyi öyrətməlisiniz. Əgər əməkdaş ona qoyulan vəsaiti doğrultmağı bacarmırsa və ya istəmirsə, o getməlidir.