O — çox riskli bir peşə sahibidir. Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu «uydurma tərcümeyi-halla» yaşayır. Təhlükə və yalan içində ömür sürür. O — xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən supercasusdur. O — hər gün rastlaşdığı ölümlə oynayan həssas oyundaşdır. Lakin o, sonadək — qələbə qazananadək oyun meydanındadır…