əllərinə hələ cinayət işlətmək fürsəti keçirmədiklərinə görə adamların çoxu özünü günahsız hesab eləyir.
Mən ağacın özü deyil, mənası olmaq istəyirəm.
Eşqmi insanı səfeh eləyir, yoxsa təkcə səfehlərmi aşiq olur?
Rəsmə baxanda – rəsmin və dünyanın gözəlliyinin sizin ölümünüzə etinasızlığı, yanınızda arvadınız da olsa, öləndə tək-tənha olmağınız – beynimizi dəng eləyən əsl mənanı tapırsan.
İnsan həyatda olmayanda da pulun əhəmiyyətini bilir. İndi bu vəziyyətimdə mənim səsimi eşidəcəyinizi, bu möcüzəyə baxıb belə düşünəcəyinizi bilirəm: indi yaşayanda nə
əgər içinizdə qəlbinizə nəqş elədiyiniz bir sevgilinin üzü yaşayırsa, dünya hələ sizin evinizdi.
Əgər hekayədə ağlımızın və xəyal gücümüzün canlandırmaqda çətinlik çəkdiyi bir şey varsa, rəsm dərhal imdada yetişir. Rəsm hekayənin rənglərlə çiçəklənməsidir. Kimsə hekayəsi olmayan rəsm fikirləşə bilməz».
Əsl hünər və ustalıq həm bənzərsiz möcüzə rəsm eləmək, həm də həmin möcüzədə nəqqaşın kimliyini ələ verən bir iz buraxmamaqdı.
Öldüm, amma, gördüyünüz kimi, yox olmadım.
Şirazlı, heratlı qədim ustadlar, – dedim, – Allahın istədiyi və gördüyü əsl at rəsmi çəkmək üçün nəqqaşın əlli il durub-dayanmadan at cızmalı olduğunu deyir, həm də ən yaxşı at rəsmini qaranlıqda çəkməyin mümkün olduğunu təsdiqləyirdilər. Çünki əlli ildə əsl nəqqaş çalışa-çalışa kor olur, əli də çəkdiyi atı əzbərləyir».