Həyat yoldaşlarımıza layiq olduqları sevgini nə qədər çox göstərib ünsiyyət qura bilsək, münasibətlərimiz o qədər yaxşı olacaqdır.
Hisslərinizi zərərli vərdişlərlə susdurmaq
Nəsə bizi məyus edəndə yetkin mənliyimiz özümüzdən əmin, arxayın olmağımızı söyləsə də, qorxub narahat oluruq.
Bir şey bizi qane etməyəndə, yetkin mənliyimiz həvəsli, xoşbəxt və ümidli olmağımızı söyləsə də, kədərlənib inciyirik.
Bir qədəh şərab içdikdən sonra ağrı bir müddət keçir.
Daxilinizdəki ağrını hiss etməyə qarşı nə qədər müqavimət göstərsəniz, başqalarının duyğularını dinləməyə də o qədər müqavimət göstərəcəksiniz.
Çünki bizim mənfi emosional reaksiyalarımızın çoxu real hisslərimiz deyil; əsl hisslərimizdən qaçmaq üçün instinktiv olaraq istifadə etdiyimiz müdafiə mexanizmləridir.
Qadınlar böyük şeylər qədər, kiçik jestləri də qiymətləndirmək qabiliyyətinə sahibdir. Bu, kişilər üçün faydalıdır. Kişilərin çoxu, sevilməyə layiq olmaq üçün getdikcə daha böyük hədəflər üçün can atırlar. İçlərində, başqalarının sevgi və məftunluğuna susayırlar. Bu sevgi və qiyməti qazanmaq üçün mütləq böyük müvəffəqiyyətlər əldə etmələrinin gərəksiz olduğunu bilmirlər.