Bir insanın başqa bir insanla sağlam münasibətlər yarada bilməsi üçün ilk əvvəl özünə dəyər verə bilməsi lazımdır. Ailə münasibətlərində, özünə dəyər verən “insan – qadınla” özünə dəyər verən “insan – kişi” bir-birini olduğu kimi qəbul edir, sevgi, hüzur şəraitində yaşayırlar. Belə bir ailədə doğulub, böyüyən körpə isə öz potensialını dərk edib, sonuna qədər reallaşdırmağa səy göstərir.
Qorxu zehni şikəst edir.
J. Krışnamurti
Övladlarımızın məsumca
verdiyi suallar fəlsəfənin,
elmin və sənətin başlanğıcıdır.
Övlad haqları insan haqlarıdır.2
Doğan Cüceloğlu.