Əziz valideynlər! çoxunuzun lazım olduqda həkimə müraciət etmək imkanınız vardır. Həkim uşağınıza bələddir, odur ki, ən yaxşı məsləhəti də sizə ancaq o verə bilər. Bəzən ona ötəri bir baxış və bir-iki sual vermək kifayətdir ki, körpənizə nə olduğunu başa düşsün. Bu kitab diaqnoz qoymaq və ya müstəqil müalicə etmək yollarını öyrətməyi nəzərdə tutmur. Müəllif sizə yalnız uşaq və onun ehtiyacları barədə ümumi təsəvvür vermək istəyir. Düzdür, müstəsna hallarda həkimə gedə bilməyən valideynlərə kitabın bəzi fəsillərində ilk yardım göstərmək barədə məsləhətlər verilir. Kitabın verdiyi məsləhət heç bir məsləhətin olmamasından, əlbəttə, yaxşıdır. Lakin əsl tibb yardımı almaq imkanı varsa, yalnız kitaba arxayın olmağına dəyməz. Bir də onu qeyd etmək istəyirəm ki, bu kitabda yazılanların hamısını tam müstəqim mənada başa düşmək lazım deyil. Çünki bir-birinə oxşayan uşaqlar olmadığı kimi, bir-birinə bənzər valideynlər də yoxdur; hər uşaqda xəstəlik müxtəlif şəkildə keçir; ayrı-ayrı ailələrdə tərbiyə formaları da cürbəcür olur. Mən ancaq ümumi halları təsvir etməklə kifayətləndim. Bir də unutmayın ki, öz uşağınıza yaxşı bələdsiniz, mən isə onun haqqında heç nə bilmirəm.
Əgər siz yayda bağ evində yaşayırsınızsa və belə inəyin südünü alırsınızsa, onun üzünü bir qədər yığmaq lazımdır ki, mağazadan aldığınız südə bənzəsin.