“Tiffanidə səhər yeməyi” Truman Kapotenin oxunaqlı əsərlərindən biridir. Əsərdə söhbət şıltaq təbiətli, düzənsiz həyat yaşayan bir qızın — Holli Qolaytlinin taleyindən gedir. Holli Qolaytlidə uşaq sadəlövhlüyü ilə yüksək qadın cazibəsi birləşir. O, sanki bununla hadisələrin cərəyan etdiyi Nyu-Yorkun da mahiyyətini təcəssüm etdirir. Nyu-York — arzuları əlçatan uzaqlıqda, lakin parlaq vitrin şüşələrinin arxasında gizlədən şəhər…