Onların hamısı səyyar qarınqululardır, elə bir qarınqulu ki, ideya-bədii ehtiyacları molyusklarınkından irəli getməmişdir...
O öz-özündən soruşurdu: “Günəşin şəfəqlərinə boyanmış dənizlərin lacivərdliyini sormuş kimi, ara-sıra tamamilə mavi görünən bu ala gözlərdə könül əks olunurmu?!”
Martin dərindən, bütün varlığı ilə duyurdu ki, dünya gözəl, yaşamaq da, sevmək də gözəl nemətdir
Əsl güclü adam mərhəmət və şəfqətdən yüksəkdə durmalıdır. Bu hisslər kölələrin yaşadıqları yeraltı mağaralarda doğmuş, yalnız zəif və bədbəxt insanların qisməti olmuşdur.
Əsl güclü adam mərhəmət və şəfqətdən yüksəkdə durmalıdır.
Olan olub, keçən keçib, “tarix təkrar olunur” deyən adam isə yalan danışır.
Lakin Martin öz sönən zəkası ilə başa düşdü ki, bu əzablar hələ ölüm deyildir. Ölüm əzab vermir. Bu hələ həyatdır, həyatın son sarsıntısı, son əzabları idi. Bu, həyatın ona vurduğu son zərbə idi.
Göylərdə müqəddəslərin pak və təmiz olmaları heç də qəribə deyildir. Bunda onların böyük bir xidməti yoxdur. Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Elə bu möcüzə xatirinə yaşamağa dəyər!
Göylərdə müqəddəslərin pak və təmiz olmaları heç də qəribə deyildir. Bunda onların böyük bir xidməti yoxdur. Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir!
Gözəlliyin öz mənası var, lakin mən indiyə kimi o mənanı duymurdum. Gözəl şey ona görə mənim xoşuma gəlirdi ki, gözəldir, vəssalam. Mən gözəlliyin mahiyyətini anlamırdım. İndi isə anlayıram və ya daha doğrusu, anlamağa başlayıram. Bu yaşıl ot indi mənim üçün daha gözəldir, çünki onun nə üçün belə olduğunu bilirəm, bu təpədə bitməsi üçün lazım gələn günəş şüalarının, yağışların və torpağın şirəsinin bütün mürəkkəb təsirini görürəm.