Ertəsi gün səhər saat doqquzda biz komendantın evində idik. Bizim görmək istədiyimiz həmin rus zabiti də orada idi. Bu, fransız dilində çox gözəl və sərbəst danışan 40-45 yaşlarında bir kişi idi. Quba tərəflərdə ələ keçən zabiti dağlara aparıb, Şamilə təqdim ediblərmiş.
Bu kitaba əsərləri ilə dünya şöhrəti qazanmış böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) – “Qafqaz səfəri” yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilmişdir.
Gördüyüm külli miqdarda bazarların içərisində üçü mənim ən çox xoşuma gəlib və mən Tiflisin bazarını da müstəsna etmirəm. Bunlardan biri Dərbənd, biri Bakı və biri də Nuxa bazarıdır. Mən deyəndə ki, orada hər şey istehsal edir və nə desən satırlar, bunu belə başa düşmək lazımdır: Yəni orada nədən desən, nə desən düzəldir və onu heç vaxt avropalaşa bilməyəcək Şərq bazarlarına məxsus bir qayda-qanunla xırıd edirlər.