KQÖS — Körpələrin Qəfil Ölüm Sindromu. Hər il yeddi min südəmər uşaq heç bir aşkar səbəb olmadan ölür –sadəcə, yuxuya gedir və daha ayılmır. «Beşikdə ölüm» sindromumu? Yoxsa layla sədası altında ölümmü? O layla ki, deyilənə görə, onu bəzi qədim mədəniy yətlərdə aclıq və quraqlıq zamanı körpələrə oxuyarmışlar. Yaxud tayfalar artıb-törəyəndə, əhalini öz torpağında yedizdirmək mümkün olmayanda… O layla ki, onu döyüşdə şikəst olanlara və ölümcül xəstəliyə tutulanlara — ölməkdən başqa çıxış yolu olmayanlara oxuyarmışlar. Sakitcə. Ağrısız. Əzab-əziyyətsiz… Bu, həmin «Layla»dı