Amma burada əsas məsələ var. “Gedəcəyiniz ünvan” — siz onu bilirsiniz, ona görə də oraya çata bilirsiniz. Yaxşı, bəs əgər eyni şərait olsa və siz hara gedəcəyinizi də bilmirsiniz. Kağızı itiribsiniz və gedəcəyiniz stansiya haqda heç nə bilmirsiniz. Sizdə olan məlumat təkcə bu ünvan idi. Siz illərlə qatardan qatara tullanaraq, heç vaxt sizə lazım olan yerə çata bilməzsiniz. Belə ki, sizə nə lazımdır, hara lazımdır bilmirsiniz.