Ölmə hələ, Kobra! – dedi. – Mənə qulaq as! Özü də diqqətlə qulaq as! Səni o uşağa, onun anasına görə öldürürəm! Xanəlinin oğlunu öldürdüyünə görə öldürürəm! Laçında, Kəlbəcərdə, Cəbrayılda, Bakıda, nə bilim, daha harada, öldürdüyün azərbaycanlılara görə öldürürəm! Get! Get, o dünyada da Allah özü verəcək cəzanı!