Aysel Salehliцитирует4 года назад
«Qafqaz səfəri»ndən görünür ki, A.Düma, sadəcə, olaraq yol qeydlərini qələmə alan adi səyyahlardan olmamışdır. Kitabı oxuduqca yazıçının müdrik Şərqi, Şərq xalqlarının adət-ənənəsini, Şərq mifologiyasını, qədim Şərq tarixini dərindən bilməsi, onlardan yerli-yerində istifadə etməsi adamı heyran qoyur. O, həsəd aparacaq dərəcədə dünyagörüşünə, həyat təcrübəsinə, dərin müşahidə qabiliyyətinə malik, xalqını, vətənini ürəkdən sevən, onun rifahı və inkişafı uğrunda çalışan bir şəxs olmuşdur.

Əgər o, Parisə bəzi həşəratlardan (birə, ağcaqanad və s.) qorunmaq üçün Bakı və ətraf yerlərdə istifadə edilən birəotu tozundan bir kisə, yağışı keçirməyən mahuddan bir neçə dəst, azərbaycanlı ustaların düzəltdiyi tayı-bərabəri olmayan yəhər
  • Войти или зарегистрироваться, чтобы комментировать