Azərbaycanın Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlının seçilmiş əsərlərinin VI cildinə onun bir bəlgəsal romanı və özkeç mişinin motivləri əsasında qələmə alınmış bir povesti daxildir. «Xətai yurdu, Xalq meydanı» adlı roman sənədlər və müəllifin müşahidələri əsasında yazılmışdır. İyirminci yüzilin 70–80-ci illə rində xalqların milli özünüdərk duyğularının güclənməsi, SSRİ-nin dağılmasının qarşısını almaq üçün Kreml tərəfindən alovlandırılan millətlərarası nifaq, Ermənistanın ərazi iddiaları, 1988-ci ilin Meydan epopeyası və Azərbaycanda müstəqilliyin bərpası ilə nəticələnən milli-azadlıq hərəkatı əsərdə müəllifə məxsus gözəl bədii-publisistik üslubda qələmə alınmışdır. Romanda bir sıra tanınmış insanların, müstəqillik uğrunda mübarizənin önündə gedən tarixi şəxsiyyətlərin obrazları yaradılmışdır. «Atamın ruhu» müəllifin özkeçmişi ilə bağlı olsa da müstəqilliyimizin ilk illərində baş verən olaylara da işıq tutur, ata-oğul münasibətlərinin psixoloji incəliklərinə toxunur və insan ruhunun ölməzliyini göstərir.