Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin 7-ci cildinə iki tarixi romanı daxildir. «Göy Tanrı» adlı romanda miladdan çox-çox əvvəl baş vermiş olaylar, o cümlədən türklərin ulu babaları olan və izləri miflərdə yaşayan Oğuz xanın həyatı, keçdiyi yollar və yaydığı Tanrıçılıq inancı qələmə alınmışdır. «Göy Tanrı»dan fərqli olaraq «Ölüm zirvəsi»ndə Azərbaycanın real tarixi, Gəncə hakimi Cavad xanın Çar Rusiyasının işğalçılıq siyasətinə qarşı dirənişi və qəhrəmanlığı əksini tapmışdır. Dil və üslubca bir-birindən fərqlənən bu əsərləri böyük vətən daşlıq ruhu və yüksək bədiilik keyfiyyətləri birləşdirir.