Qadını dəyişmək istəyirsənsə, onunla hər şeydə razılaş, qadını anlamaq istəyirsənsə, o danışanda diqqətlə üzünə bax, ancaq dinləmə...
Sevgililər arasında problem yarananda əgər onlar gerçəkdən də sevirlərsə hər biri öz-özlüyündə düşünür: “Mən nəyisə düz eləmədim”.
Həqiqətən sevən adam belə düşünür və səbəbi özündə axtarır.
Hər ikisi bu cür düşünüb eyni hissləri yaşayırsa onların sevgisi getdikcə dərinləşəcək və münasibətlərində yüksəliş mütləq olacaq.
Bir-birinə “mən sənsiz yaşaya bilmərəm” deyirlər. Gerçəkdən də həmin an bu cür hiss edirlər, yaşadıqlarını dilə gətirirlər, olanı deyirlər. Amma onlar həyatın təbiətini bilmirlər hələ. Bilmirlər ki, zamanla hər şey dəyişir. Bəyəndikləri bu adam, bu qadın getdikcə dəyişir, başqa cür olur, kökdən və formadan düşür. Və ola bilir ki, indi dəlicəsinə sevdiyin, vurulduğun adamı illər sonra eyni tutquyla sevmirsən.
İllər keçir və insanlar başa düşürlər ki, tələyə düşüblər.
Onlar artıq bir-biri haqda hər şeyi bilirlər. İndi bildikləri əvvəllər sirli, bilinməz bir sahəydi. Artıq öyrəniləcək heç nə qalmayıb. Bütün maraq itib. Eyni sözlər, eyni hərəkətlər itələyici effekt yaradır. Qadın artıq sənə qıcıq olur. Bunu gizləmək üçün sən qapıdan içəri girən kimi yatağa girir, başını sarıyır, harasısa ağrıyır birdən-birə.
Eqo təmin olunub – məndən yoxdu. Eqon təmin olundusa batdın.
Seksual baxımdan da kişi qadından zəifdi. O, bir seks zamanı yalnız bir dəfə orqazma çata bilir. Qadın belə deyil. Əgər normal seksual yaxınlıqdısa qadın dəfələrlə orqazm yaşaya bilir. Qadının bircə yeri yox, bütün bədəni seksualdı. Kişidə isə seksuallıq ancaq bir yerlə, bir orqanla bağlıdı.
Problem ondadı ki, qadın bədəni hazırlıq dönəminə ehtiyac duyur. Kişinin belə bir sorunu yoxdu, həmən hazırdı. Kişi tarix boyu qadını öz ehtirasını soyutmaq üçün maşın kimi istifadə edib. İntim ilişkidən sonra böyrü üstə çevrilib
Qadınlar kişilərdən fərqli olaraq uşaq kimi qalırlar. Qadın içində hələ də uşaqdı, məsumdu və çox şeyi bilmir. Bu bilgisizlik ona gözəllik qatır.
Seksuallığın bərpası, ehtirasın ödənməsi yaxşı yuxu gətirir. Kişi rahatlanır, boşalır, gərginliyi keçir. Hər qadınsa bundan kövrəlir, ağlayır. Qadını incidir bu. Özünü istifadə olunmuş hiss edir. Həyatda ən ikrah doğurucu kiminsə səndən maşın kimi, predmet kimi yararlandığını hiss etməkdi. Eybəcər hissdi. Qadın bu cür münasibəti kişiyə bağışlamır
Təbii, səmimi, sevimli olur özünü sevən adam. Özünü olduğu kimi qəbul edən adam özünü olduğu kimi qəbul etdirə də bilir. Özünü sevməyən adam narahat olur həmişə. Öz dünyasını gizlədib özünü olmadığı kimi, başqa cür, qorxa-qorxa təqdim edən adam heç vaxt rahatlıq tapmır.
Adamı olduğu kimi qəbul edə bilmirsənsə, dəyişməyə, kontrol eləməyə çalışırsansa, özündən asılı duruma salırsansa kimi sevirsən bəs?
Maketi sevirsən? Əgər bu adamın dünyasına girib orda yerdəyişmələr eləmək haqqında düşünürsənsə sən hansı dünyanı sevirsən onda?
Mən dünyanın ən önəmli işi analıqdı deyəndə, bunu sənin üçün deyirəm. Uşaq üçün yox. Uşağa öz fədakarlığını yük eləmə. Qəti şəkildə onun üçün elədiklərini başına vurma, göstərmə, işarələmə.
Uşağa minnət qoyma. Sən ana olmalısan, minnət qoyan biri yox.