O, bütün gecəni gözünü qırpmadı – xoşbəxtlik onu yatmağa qoymurdu.
Xanım Renal bütün gecəni bir an da olsun gözünü qırpmadı. Ona elə gəlirdi ki, bu vaxta qədər hədər yaşayıb. O, axşam Jülyenin ehtiraslı öpüşlərini, əlində hiss elədiyi o sehrli, şirin həzzi xəyalən dəfələrlə yaşayırdı.
Qəfildən ağlına gələn qorxunc söz onun xoşbəxtliyini zəhərlədi: həzz. Sevgi haqqında təsəvvürlərə qatılacaq ən iyrənc, ən alçaq ən əxlaqsız şeylər gözünün qarşısına gəldi. Bu təsəvvürlər Jülyenin və onun sevgisinin zərif, gözəl xəyalını çirkləndirməyə çalışırdı. Gələcək gözlərinə ən qara rənglərdə göründü. O artıq insanların ona necə nifrət elədiyini görürdü.
Nüfuz! Cənab, necə düşünürsünüz, bunlar boş şeylərdi? Axmaqların hörməti, ağzını ayırıb baxan uşaq-muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin yuxarıdan həqarətlə baxmağı.