O, bütün gecəni gözünü qırpmadı – xoşbəxtlik onu yatmağa qoymurdu.
Xanım Renal bütün gecəni bir an da olsun gözünü qırpmadı. Ona elə gəlirdi ki, bu vaxta qədər hədər yaşayıb. O, axşam Jülyenin ehtiraslı öpüşlərini, əlində hiss elədiyi o sehrli, şirin həzzi xəyalən dəfələrlə yaşayırdı.
Qəfildən ağlına gələn qorxunc söz onun xoşbəxtliyini zəhərlədi: həzz. Sevgi haqqında təsəvvürlərə qatılacaq ən iyrənc, ən alçaq ən əxlaqsız şeylər gözünün qarşısına gəldi. Bu təsəvvürlər Jülyenin və onun sevgisinin zərif, gözəl xəyalını çirkləndirməyə çalışırdı. Gələcək gözlərinə ən qara rənglərdə göründü. O artıq insanların ona necə nifrət elədiyini görürdü.
Nüfuz! Cənab, necə düşünürsünüz, bunlar boş şeylərdi? Axmaqların hörməti, ağzını ayırıb baxan uşaq-muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin yuxarıdan həqarətlə baxmağı.
Qırğının sakit, amma qüdrətli hərəkətləri onu heyrətə salırdı. O, bu gücə, bu tənhalığa həsəd aparırdı.
Bax, Napoleonun da taleyi belə olmuşdu və kim bilir, bəlkə elə onun özünü də belə bir tale gözləyirdi?
Put thousands together-less bad.
But the cage less gay
Hobbes1
Onlar ürəyi ağrıtmadan kövrəldə bilməzlər...
Əgər kədərlisinizsə, bu o deməkdir ki, nəyinizsə çatmır, siz nəyəsə məğlub olmusunuz
Roman – böyük yolda özünlə apardığın güzgü kimidir. O gah göy üzünün aydınlığını, gah da çirkli gölməçələri əks elətdirir
Söz insana ona görə verilib ki, fikirlərini gizləyə bilsin...
Ancaq axmaqların başqalarına acığı tutur”, – o öz-özünə dedi. – Daşı yerə salan onun öz ağırlığıdır