Anton Çexovun 1896-cı ildə yazılmış dördpərdəli «Qağayı» komediyasının personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri var. Hərə də bir cür bədbəxtdir.