Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra iki əsrin qovşağında kəskin dəyişən siyasi-ictimai hadisələr ərəfəsində və özünün ölüm ayağında yazdığı «Albalı bağı» pyesi Çexovun dram əsərlərinin zirvəsi sayılır. Borclarını ödəmək üçün möhtəşəm dərəcədə gözəl olan albalı bağlı malikanələrini satmaq məcburiyyətində olan Qayev ailəsi, düşdükləri bu qəribə vəziyyəti qəbul edə bilmirlər. Çexovun bu pyesi dünyanın bir çox yerində, bir çox dilində səhnələşdirilir və teatr tamaşaları formasında izləyicilərlə görüşə gəlir.