Kimdə sevgi varsa, o, Tanrının yanındadır, Tanrı da onunladır, çünki Tanrı özü elə sevgidir.
İnsanlar özlərini düşündükləri üçün sağ qalmırlar, onları yaşadan insanlardakı sevgidir.
Mələk dedi:
– O zaman hər insanın özünə qarşı qayğı ilə deyil, sevgi ilə yaşadığını öyrəndim.
Tanrının mənə üçünçü sözü açdığını anladım, məni bağışladığını bildim, ona görə də üçüncü dəfə gülümsədim.
Tanrının ikinci sualı yadıma düşdü: «İnsana nə verilmədiyini öyrən».
İnsanlarda nəyin olduğunu artıq bilirdim. İndi insanlara nəyin verilmədiyini öyrənmişdim. Onlara öz bədənlərinə nə lazım olduğunu bilmək haqqı verilməyib.
Tanrının ilk sualı yadıma düşdü: «İnsanda nə var». İnsanda sevgi olduğunu öyrəndim.
– Görünür, atalar nahaq deməyib: atasız, anasız yaşamaq olar, Tanrısız yaşamaq olmaz.
– Syom!
– Nədir?
– Biz ki hamıya hər şeyimizi veririk, bizə niyə heç kim heç nə vermir?
Mənimki çoх sadəlövhdür aхı. Özü heç kimi aldatmır, amma onu balaca uşaq belə aldada bilər.