Lev Tolstoy bu əsəri İncildən sitatlar əsasında yazıb. Burada günah işlətmiş mələyin «İnsan nə ilə yaşayır?» sualına cavab axtarmasından danışılır: O, sualın cavabını tapmasa, səmaya qayıda bilməyəcək! İnsanlar arasında yaşayıb, insan həyatının həqiqi mənasını anlamağa çalışacaq. Sualın cavabı isə əslində çoх sadədir… Bilirik ki, ölümdən və həyatdan keçmişik, çünki qardaşlarımızı sevirik: qardaşını sevməyən ölü kimidir.