Fransa kralı XVI Lüdovikin arvadı Mariya Antuanet bədxərcliyi, əyləncə düşkünlüyü və laqeydliyi ilə xalqın gözündə düşmən əsilzadə simvoluna çevrilmiş, Fransa İnqilabından sonra həyatının son anlarını zindanlarda keçirmiş, 1793-cü ildə İnqilab Məhkəməsində mühakimə olunaraq gilyotinə göndərilmişdir. Tarixi şəxsiyyətlərin bənzərsiz bioqrafiyalarını yaradan Ştefan Svayq “Mariya Antuanet: Adi bir qadının portreti”ndə möhtəşəm həyat hekayəti təqdim edir bizə. Psixologiya və Freydin təlimlərindən bəhrələnərək Svayq Fransa kraliçasının qısa həyatındakı mistik pərdəni qaldırır və “məcburi bir qəhrəmanlıq faciəsi”ni göstərir.