– Nə qədər ki, insan var, cinayət də olacaq
– Qəhrəman elə ona görə qəhrəmandır ki, qorunmağa-filana ehtiyacı yoxdur. Və elə buna görə də hər adam qəhrəman ola bilmir
Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib.
Qasımlı bilirdi Seymur nəyə görə qoymadı Natiqi onlarla gəlməyə.
Bilirsən ki, adam öldürənlərin iki adı var: ya qəhrəman, ya cinayətkar. Ramil Səfərov qəhrəmandır, çünki öz dövlətinin bayrağını qorumuşdu…
xəbərim var! – Sergey bir də təkrar etdi. – Mən Nataşanı sevirəm. Amma sənə də çox hörmət edirəm. Sən də mənim üçün əzizsən. Mənim dostumsan!
Natiq yenə susub ona qulaq asırdı. Sergey davam etdi:
– Bilirəm, mən Nataşanı təmin edə bilmirəm. Yəni onun istədiyi kimi təmin edə bilmirəm. Heç ona bir uşaq da verə bilməmişəm…
– Xahiş edirəm, belə danışmayın! – Natiq istədi ki, onun könlünü alsın.
– Yox! – Sergey əlinin işarəsi ilə onu susdurdu. – Mən
. O, kişinin qadın haqqında düşünməsini zəiflik, ürəyini açıb onunla bölüşməsini, ona təriflər söyləməsini məğlubiyyət hesab edirdi
Nə qədər ki, insan var, cinayət də olacaq!
– Mən siyasətçi deyiləm, xəfiyyəyəm. Cinayət axtarışı ilə məşğul oluram. Həm də kim tərəfindən törədilməsi məlum olmayan gizli cinayətlərin axtarışı ilə. Və özün də bilirsən ki, bundan zövq alıram, çox vaxt. Amma ermənilərin Azərbaycanda törətdiyi cinayətlər hamısı dünyanın gözü qabağındadır. Torpaqların zorakılıqla işğalı, insanların vəhşicəsinə qırılması, evlərin, meşələrin yandırılması… Saymaqla qurtarmaq olmaz bunları. Bunlar gizli cinayətlər deyil. Bütün dünya bilir ki, bu cinayətlər olub və onu da bilirlər ki, kimlər tərəfindən edilib. Amma qiymət verən yoxdu buna. Bax, bunu anlaya bilmirəm. Elə hey nəyisə araşdırırlar, sanki təhqiqat aparırlar. Nəyi araşdırırlar, görəsən? Cinayətkarı axtarırlar? Allaha and olsun, gülməlidir!
Onun sifəti, nədənsə, Qasımlıya at sifətini xatırlatdı və düşündü ki, maraqlıdır, at özü çox gözəl heyvandır, amma kiminsə sifətinin at sifətini xatırlatması heç də ürəkaçan olmur.