nəyə bağlanmayın – hətta sevdiyiniz insana belə. Çünki bağlanma sizin sevginizi məhv edər. Özünüzü qula çevirməyin
siz yalnız nəyəsə malik olduğunuz zaman ondan imtina edə bilərsiniz.
Ateist Allahı inkar edir, çünki Allah məntiqi baxımdan sübut edilə bilmir. Ateist sevgini də inkar etməli olur, çünki sevgini də məntiqi şəkildə sübut etmək mümkün deyil.
Mən bir çox ateistlər tanıyırdım, onlara eyni sualla müraciət etdim: “Siz nə vaxtsa sevmisiniz?” Onlar təəccüblənib deyirdilər: “Niyə mövzunu dəyişirsiniz? Biz ki Allah barədə söhbət etmişik”.
Deyirdim: “Mən mövzunu dəyişmirəm, əksinə, mövzuya yaxınlaşıram. Nə vaxtsa sevmisiniz?”
Cavab verirdilər: “Bəli, sevmişik”. “Onda, – mən dedim, – bir daha fikirləşin. Sevginin mövcud olduğunu elmi, rasional, məntiqi surətdə sübut edə bilərsiniz?”
“Xeyr, edə bilmərik”.
Mən dedim: “Onda Allahı inkar etməyin, axı siz Allahı elə bu səbəbdən inkar edirsiniz”.