İnsan öz mahiyyətini yalnız son həddə gedib çataraq anlaya bilər»
Bəşər nəslinin övladısa bir həftə susuz, iki həftə yemək yeməksiz, illərlə evsiz keçinə bilər – amma tənhalığa tab gətirə bilməz. Tənhalıq – ən sərt cəza, ən ağır əzabdı
kimsə kimsəni itirə bilməz, çünki kimsə kimsəyə məxsus deyil.
bəzi şeyləri həmişəlik itirmək olar
diqqətli göz mütləq özünə lazım olanı görəcək.
Bütün xalqların belə bir deyimi var: «Gözdən uzaq, könüldən iraq». Mənsə iddia eləyirəm ki, dünyada bundan yalan bir söz yoxdu. Gözdən nə qədər uzaq olursa, könlünə o qədər yaxın olur.
Çünki mən – birinciyəm, mən də elə sonuncuyam.
Mən – hörmət olunan və nifrət edilənəm.
Mən – sərgərdan və müqəddəsəm.
Mən – qadın və bakirəyəm.
Mən – ana və qızam.
Mən – anamın əlləriyəm.
Mən – sonsuzam, amma uşaqlarım saysız-hesabsızdır.
Mən – nikahda xoşbəxtəm və ərdə deyiləm.
Mən – həm dünyaya gətirən, həm də əbədiyyətəcən
nəsil verməyəcək kəsəm.
Mən – doğuş əzablarını yüngülləşdirirəm.
Mən – ər və arvadam.
Ərimi doğan da mənəm.
Mən – atamın anasıyam.
Mən – ərimin bacısıyam.
Mənə əbədi səcdə eləyin.
Çünki mən – pisəxlaqlı və genişqəlbliyəm.
Haq–Həmmadidə tapılmış
Mizidaya himn, b.e.ə. III, yaxud IV əsr.
Bəzi kitablar bizi arzulamaq məcburiyyətində qoyurlar, o birilər gerçəkliyə qərq eləyirlər, amma onların hamısına müəllif üçün ən vacib hiss – səmimiyyət hopub.
Vurulduğum adamların itkisi əvvəl qəlbimi yaralayırdı. İndi əminəm: kimsə kimsəni itirə bilməz, çünki kimsə kimsəyə məxsus deyil.
Bax, əsl azadlıq budu – sənə hər şeydən əziz bir kəsin olsun, amma ona sahib olmayasan.
uşaqlar ailələrini sevindirmək üçün arzularından, valideynlər uşaqlarını sevindirmək üçün həyatın özündən imtina eləyirlər,