«Sevgi – həvəssiz halda çiçək açan parnik çiçəyi deyil, yol kənarında gözlənilmədən çiçəkləyən alaq otudur».
Anam tez-tez deyir ki, insanlar uzun müddət tək yaşayanda özlərinin qəribəliklərini görə bilmirlər. Bilmirəm, mən bu nəzəriyyə ilə razıyammı, ola bilsin elə buna görə də özüm tək qalmaqdan qorxuram. Hələlik, müşahidə eləməklə kifayətlənirəm.
Düzünü deyim, mən bəzən Annabelə səmimi qəlbdən həsəd aparıram. Onun kimi ola bilmədiyimə, hisslərimə azadlıq verib yaxşıca ağlaya bilmədiyimə görə heyifsilənirəm. Allah bilir, bu mənə mane olmazdı.