«Əlində imkanın ola, Yer üzünün bu şəkildə şəklini çəkib Allaha göndərəsən. Arxasında da yazasan ki, İlahi, kilsələr və məscidlər günahların öhdəsindən gələ bilmədiyi kimi, müharibələr də haqsızlıq və ədalətsizliyin öhdəsindən gələ bilməyəcək. Məgər bunlar sənin özünə agah deyil?»
Müharibə həmişə ölənlərə yox, qalanlara əzab verir.
Ayrıldıq döyüşdə biz iki yerə –
Dünyada qalanlara, dünyadan gedənlərə...
Mən yoldaşımı anlayıram: adamların keçmişi bəzən intəhasızlıq qədər uzaqda olur. Onu gözlə görmək olmaz. O ancaq ruhun malıdı. Və bir də xəyal kimi aldadıcı şirinliyi var, vəssalam!
Но прошлое не может умереть
Оно из ничего родится снова
Müharibə həmişə ölənlərə yox, qalanlara əzab verir.
Deməli, cəsarət insanın ehtiyatda olan sonuncu nəfəsidir. Xilas olmaq istəyirsənsə, son məqamda yalnız onu xərcləməlisən. Və sənin bu «səxavətindən» təkcə özün yox, ətrafında olanlar da xeyir götürə bilir.
İnsan həyatda ən böyük zərbəni özünü onlardan bildiyi adamlardan alır.
Döyüşdə niyə səngər qazırlar? Təkcə ona görə yox ki, düşmən gülləsindən qorunursan, həm də ona görə ki, bu qazma sənə ölüm evini – məzarı xatırladır. Torpaq adamın canından qorxunu sorub çıxarır, hər şeyin ötərgi, tənha və fani olduğunu aşılayır ruhuna… Səni bu dünyaya bağlayan yalançı telləri qırıb dağıdır. Adam belə anlarda özünü gizləyə bilmir…
İnsanın başına gələn hər nə varsa – diri qalmaq xislətinin törəməsidi. Ölüm – yaşamaqdan asan olanda dünya daha da şirinləşir, savaş daha çox qanlı-qadalı, mübarizə daha çox çirkin fəndlər üzərində qurulur.