Mən Allah olsaydım dünyanı bu qədər gözəl yarada bilməzdim»
Sənin gücün bildiklərin qədər deyil, həyata keçirdiklərin qədərdir.
Çata bilmirsənsə, səbəbkar sən özünsən. Yıxılmısansa nə günahkar, nə də əllərini sənə doğru uzadacaq birilərini axtar. Dikəl və qalx.
əgər sən elə bilirsən ki, artıq hər şeyi bilirsən elə o andaca artıq geriyə doğru qalmış olursan.
Sənin gücün bildiklərin qədər deyil, həyata keçirdiklərin qədərdir.
özgələrdən nə isə gözləyərək acizləş, ya da özün özünə təkan verərək arzularına qovuş. Ən azından olduğun yerdən daha irəliləri fəth etmiş olarsan. Səni həvəsdən salmağa çalışanların yanından gülümsəyərək keç. Əlinin arxasını yerə vuraraq, təslim olmağı ağlının ucundan belə keçirmə. Səni qəbul edə bilməyən insanların sənə bir gün qibtə ilə baxacaqlarına inan. Yaşamın nə qədər heyrətamiz olduğunu məqsədinə çatan anda anlayacaqsan. Sən istəsən o gün o qədər də uzaq olmaya bilər.
Özünüzə qarşı dürüst olmağa çalışın, əks-təqdirdə hissiz və duyğusuz bir varlığa çevriləcəksiniz.
Balaca uşaqların danışdıqları yalanı gülümsəyərək dinləməyi sevirəm, axı bu onların özləri haqda qurduqları xəyallardı.
Pulun çoxluğu kişiyə, azlığı isə qadına narahatlıq yaradır.
Həyatın ən gözəl tərəfi onu hiss etmə duyğusudur.
Ədalət öz-özlüyündə yaranmır, onu mütləqdir ki, dişinlə, dırnağınla qazanasan.