Bir birinin ardınca intihar halları baş verir. Hamı bütün bunları bədbəxt hadisə kimi dəyərləndirir. Bircə məşhur detektiv Erkül Puaro heç nəyin təsadüfi olmadığını bilir. Lakin budəfə o, doğrudan da, ideal qatilə rast gəlir. Həm də səhhətində problemlər var. Əlil arabasına məhkum olunub. Puaro ömrünün payızında son işinin öhdəsindən gələ biləcəkmi? Bu, müəllifin «Erkül Puaro» silsiləsindən yazdığı son kitabdır. Əsəri yazıçı uzun müddət nəşr etdirməmişdir. Hadisələr Puaro haqda yazılan ilk roman — «Staylzdakı müəmmalı qətlin cərəyan etdiyi məkanda baş verir. Erkül Puaro Staylzda yenidən sadiq dostu Artur Hastinqslə birlikdədir.