Müqəddəs Hermosun sularına qarışan qızılın rəngi sürətlə qızılı qan rəngini alarkən, kahinlər yaxınlaşan böyük cəngdən xəbər verirdi. Uğursuzluq havası qüdrətli Lidiyanın divarlarını bürümüşdü. Cəbhə xəttinin bir tərəfində güclü ordusu və samballı xəzinəsiylə birlikdə Aslan kral Krez, başqa adla Qarun, digər tərəfində isə ölümə tərk edilsə də, ona qələbə çalan, Pars diyarına hökm edəcək Keyxosrov… Aynada əksini tapan sirlərlə dolu mənzərə; tarixin digər üzündə davam edən qaranlıq… Hər şəhərdə, hər küçədə gecəni və gündüzü əsir almış terror, küçə münaqişələri, soyğun və cinayətlər baş alıb gedirdi. Mədəniyyət və incəsənət qana bulanacaqdı. Sovrulan həyatlar, nakam məhəbbətlər… İskəndər Palanın zövqlə oxunan usta qələmindən çıxmış “Qarun və anarxist” tarixdəki hadisələrə istiqamət verən, ehtirasları və tarixi kölgədə qoyan eşqin romanı, coğrafiyamızın taleyinə aqilanə bir baxışdır…