Kitabda gənc oxucuların çox bəyəndiyi «Boz qurd», «Həyat eşqi», «Meksikalı» və «Tonqal» hekayələri toplanıb. Bu hekayələrdə sadə insanların cəsarətindən və igidliyindən bəhs edilir. Jack Londonun ən məşhur hekayələrindən biri olan «Həyat eşqi» insanla təbiətin qarşıdurmasından söz açır. Oxucuya elə gəlir ki, bu insan ölümə məhkumdur. Amma insan ölümə tabe olmur və salamat qalır. Təbiətlə savaşda insan qalib gəlir. «Həyat eşqi» təkcə mərdlik və dözümlülük haqqında deyil, həm də satqınlığın nə böyük bəla olması haqqında hekayədir.