Cek London — 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşayıb yaratmış görkəmli Amerika yazıçılarından biridir. Onun qəhrəmanları çətinliklərlə mübarizə aparmağa hazır olan, təhlükənin gözünə dik baxan sadə, amma qoçaq insanlardır. İşləmək, fəaliyyət göstərmək coşqusu və ətraflarında baş verən hadisələrin iştirakçısı olmaq arzusu bu insanları birləşdirən ortaq xüsusiyyətlərdir. Bu kitabda gənc oxucuların çox bəyəndikləri «Boz qurd»,«Həyat eşqi», «Meksikalı» və «Tonqal», hekayələri ilə tanış ola biləcəksiniz. Yazıçının digər əsərlərində olduğu kimi, bu hekayələrdə də sadə insanların cəsarətindən və igidliyindən bəhs edilir.