Cek Londonun «Böyük evin kiçik xanımı» romanı, yazıçının şah əsəridir. Romanın əsas qəhrəmanları — Dik Forrest, Paola və İven Qrehem möhkəm iradəli, hərtərəfli və zahirən gözəl insanlardır. Romanın birinci hissəsində Dikin uşaqlıq illəri, onun şəxsiyyət kimi formalaşması, həyatın çətinlikləri ilə üzləşməsi təsvir olunur. Əsas hissədə zəngin və uğurlu, lakin sadə xasiyyətli Dikin, sevdiyi Paola ilə daha rəngarəng olan həyatından bəhs edilir. Onlar, həyatlarını geniş təsərrüfatlarını idarə etməklə və «Böyük ev» adlandırılan malikanələrində qonaqlar qəbul edib, əyləncələr içində keçirirlər. Lakin Paolanın həyatında məşum görüş baş tutacaq. Artıq bütün qəhrəmanların həyatı əvvəlkindən fərqli məcrada axacaq… Xəyanət və dürüstlük, ehtiras və sədaqət, sevgi atəşi və dərrakə bir-biri ilə əlbəyaxa olur… Qəlblərin savaşı başlayır…