Lev TolstoyDin nə deməkdir və onun mahiyyəti nədir
Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun dini baxışları ilə bağlı bir-birini təkzib edən müxtəlif fikirlər səslənir. Onun qatı inanclı pravoslav olduğunu deməkdən tutmuş, ateist və ya başqa dinlərdən birinə etiqad etməsinə qədər, fərqli və dolaşıq sözlər danışılır. Bəs əslində Tolstoyun dinə münasibəti necə olmuşdur? Əlbəttə, bu məsələyə aydınlıq gətirmək üçün ən etibarlı mənbə Tolstoyun dinlə bağlı yazdığı çoxsaylı əsərləridir. Oxuyacağınız kitabda Tolstoyun dini baxışlarını açıqladığı əsərlərindən, nisbətən yığcam və xarakterik olanlarını seçib ayıraraq, oxucuların mühakiməsinə verməyə çalışmışıq. İnanmaq istərdik ki, bu kitab Tolstoyun dinlə bağlı olan özünəməxsus və orijinal düşüncələrinin öyrənilməsinə yardımçı olacaqdır.