Dünya ədəbiyyatında özünəməxsus yeri olan məşhur rus yazıçısı L.N.Tolstoyun 1804–1807 və 1812–1813-cü illər rus-fransız müharibələrinə həsr olunmuş «Hərb və sülh» romanında ədibin bədii dühasının xəlqiliyi tam vüsətlə öz əksini tapmışdır. Bu roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik-təhkiyə üslubu, kompozisiyanın çoxplanlılığı, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə XIX əsr dünya realist nəsrinin zirvələrindən sayılır.