Dahi yazar Lev Tolstoy «Şeytan» povestində — əksər əsərlərində olduğu kimi gördüyü, duyduğu, mənimsədiyi həyatı məsələləri ön plana çəkmişdir. Povestin mövzusunun real həyatdan götürülməsi onu daha da özünəməxsus ştrixlərlə zənginləşdirən cəhətlərdəndir. Əsərin qəhrəmanı Yevgeni müəllifin hisslərini oxucuya təqdim edən vasitədir. Əsər boyu müəllif bu obrazın gücü, köməyi ilə Şeytana qarşı mübarizə aparır. Bəs şeytanla insanın amansız mübarizəsində sonda qalib gəlirmi?